XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

19 İyun 2017 - 14:52

Gənclər üçün pulsuz “Liderlik Məktəbi” yaradıldı

Milli Fikir Mərkəzi və "United Colors of Azerbaijan" "Liderlik Məktəbi" elan edir.

"Liderlik Məktəbi" çərçivəsində gənclər 20 gün müddətində müxtəlif mövzularda təlimlər keçəcək. Təlimlərlə yanaşı məktəbə seçilən şəxslər üçün film günləri, rayon turları, əyləncəli oyunlar və partilər təşkil olunacaq.

Təlimlər həftənin I, III, V və II, IV, VI günləri saat 15.00-18.00 arası keçiriləcək.

Təlimlər aşağıdakı mövzular üzrə keçiriləcək:

 1. Liderlik fəlsəfəsi

 – İdarəetmə və təşkilatlanma;

– Lider iradəsi – Volüntarizm;

– Kütlə psixologiyası;

– Natiqlik və razısalma bacarığı.

 2. Müasir liderlik anlayışı

 – Dünya liderləri;

– Lider tipləri;

– Liderlik nəzəriyyələri.

 3. Lider imici

 – İmic və tərz yaratma;

– Bədən dili;

– Siyasi reklam.

 4. İnformasiya cəmiyyəti və lider

 – Lider və KİV;

– İnformasiya təhlili.

QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.

Son qeydiyyat tarixi: 29 iyun

Təlimlər tamamilə ödənişsizdir.

Ünvan: Əlövsət Quliyev küçəsi 79, m. 8. Əlaqə: 070 537 21 84.

Qeyd edək ki, bundan öncə Milli Fikir Mərkəzi "Diplomatiya Məktəbi" və "United Colors Of Azerbaijan"la birgə "Fotoqrafiya kursu" və "Atatürk Məktəbi" təşkil edib.