XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

20 İyun 2017 - 20:12

Dolu və güclü leysan Gəncəni “vurdu” –126 evin dam örtüyü, pəncərələri qırılıb, bəzi evləri su basıb (VİDEO)

Dolu və sel Hacıkənddə 126 evə ziyan vurub.

ARB Kəpəz xəbər verir ki, qərb bölgəsində müşahidə olunan leysan yağışları Gəncənin Hacıkəndə qəsəbəsində sonradan doluya çevrilib.

Güclü dolu səbəbindən qəsəbə infrastrukturuna ciddi ziyan dəyib. 126 evin dam örtüyü, pəncərələri qırılıb, bəzi evlərə sel suları dolub. Sosial obyektlərə, əkin sahələri və avtomobillərə ziyan dəyib. Dəyən ziyanın miqdarını müəyənləşdirmək və fəsadları aradan qaldırmaq üçün şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri Hacıkənddə tədbirlərə başlayıb.