XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

21 İyun 2017 - 11:14

Ötən il 105 dini icma dövlətqeydiyyatından keçib

Ötən il dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində il ərzində 105 dini icma dövlət qeydiyyatından keçib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, həmin dini icmalardan 101-i islam, 4-ü qeyri-islam təmayüllüdür.

Qeydiyyata alınmış dini qurumların ümumi sayı 749-a çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i islam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.