XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2015 - 08:51

“David Qareci deyilən monastırın tarixini gürcülər saxtalaşdırıb” – AMEA

qareci.jpg

 

“Keşikçidağ monastır kompleksinin (David Qareci) yerləşdiyi ərazidə apardığımız arxeoloji tədqiqatlar göstərir ki, orada yerləşən mağaralar atəşpərəstlərin məbəd yeri olub. Sonradan Qafqaz Albaniyasında xristianlığın qəbul olunması ilə həmin keçilməz, çətin ərazilərdə xristian məbədləri tikilib. Həmin xristian məbədlərinin tikilməsi alban çarı II Vaçenin dövrünə təsadüf edib”.

Bunu Aərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmlər doktoru, professor, Keşikçidağ monastır kompleksində tədqiqat işləri aparan Arif Məmmədov deyib. (APA)

 O bildirib ki, Keşikçidağ monastır kompleksində gürcü elementləri 1836-cı ildən sonra yaranmağa başlayıb: “705-ci ildə ərəb xəlifəsinin göstərişi ilə alban kilsələrinin fəaliyyəti dayandırılsa da, bu kilsələr 1836-cı ilə qədər fəaliyyət göstərib. 1836-cı ildə Alban katalikosluğunun fəaliyyəti Peterburq Sinodunun qərarı ilə dayandırılıb. Həmin ərəfədə Azərbaycanda İslam dini özünə möhkəm dayaq tapdığı üçün xristian məbədlərinə o dərəcədə maraq qalmayıb, beləliklə də, Gürcüstanda yerləşən xristian məbədlərində gürcü elementləri yaranmağa başlayıb. Keşikçidağ monastır kompleksinin ərazisində yerləşən 72 mağaradan bəzilərində təsvirlər var. Oradakı qala kilsələrin gürcülərə heç bir aidiyyəti yoxdur. Hətta 1948-ci ildə gürcü tarixçisi Musxelişvilinin çəkdiyi şəkildə monastır kompleksi indiki görünüşündən tamamilə fərqlənir. Gürcüstan ərazisindəki məbədlərdə kifayət qədər bərpa işləri aparılıb. Eyni zamanda, gürcülər tərəfindən Azərbaycan ərazisində yerləşən məbədlərdə də bərpa işləri görülüb. Görünür ki, bərpa zamanı əlavə işlər aparılıb, saxtakarlıqlara yol verilib”.

Şöbə müdiri əlavə edib ki, Keşikçidağ monastır kompleksi hazırda Azərbaycan-Gürcüstan sərhədində yerləşsə də, Qafqaz Albaniyasının sərhədlərinin geniş ərazini əhatə etdiyini nəzərə alsaq, o vaxt həmin mağaralar sərhəddə yox, Qafqaz Albaniyasının mərkəzi hissəsində yerləşib: “Həmin məbədlərin də bir hissəsi eyni formada təxminən 10-12 kilometr məsafədə indiki Gürcüstan Respublikasının ərazisində yerləşir. Məbədlərdəki təsvirləri mən və İmaş Hacıyev tədqiq edirik. Həmin ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunub ki, Keşikçidağ monastır kompleksinin yerləşdiyi sahənin ətəyində Son Tunc  və İlk Dəmir dövrlərinə aid olan böyük kurqan qəbirləri də yerləşir”.

A.Məmmədov qeyd edib ki, arxeoloji qazıntılar zamanı tapılan materiallar sübut edir ki, həmin ərazidə ilk insan yaşayışının məskənləri ən azı e.ə II minilliyin sonu-I minillikdən etibarən başlanıb: “Dəmir dövründə həmin ərazidə insan məskənləri salınıb və artıq son orta əsrlərə qədər ardıcıl şəkildə yaşayış davam edib”.

Şöbə müdiri onu da qeyd edib ki, Keşikçidağ monastır kompleksində yenidən arxeoloji tədqiqat işləri aparılmasına ehtiyac var