XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 June 2017 - 14:18

Meksika səfirliyi “Formula 1” yarışlarında “müqəddəs içki” təqdim edəcək –FOTO

Meksikanın Azərbaycandakı səfirliyi Azərbaycan Qran-Pri Formula 1 yarışları çərçivəsində meskal içkisinin III təqdimatını həyata keçirəcək.

Səfirlikdən Strateq.az saytına bildirblər ki, bu məqsədlə dörd meskal istehsalçısı və bir meskal üzrə mütəxəssisdən ibarət ticari missiya meskalın növləri və çeşidlərinin təşviqini etmək üçün tədbirlərdə iştirak edəcək.

Meksikanın ənənəvi içkisi sayılan meskal ölkənin tarixi, mədəniyyəti və müxtəlifliyini təmsil edir. Uzun müddət ərzində o, müqəddəs içki sayılırdı. Böyük milli ənənəsi olar bir içkidir. Mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşdiyi Ümümdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 1995-ci ildə qeydiyyata alınmış və, bununla da, mənşəli ad statusunu əldə edib.

Meskal sənayesi 16.000-dən çox vasitəsiz və 40.000-dən çox vasitəli iş yerləri yaradır. 2016-ci ildə 51 ölkəyə iki milyon litrdən çox meskal ixrac olunub. Meksikanın bu doqquz ştatı meskal istehsalı üçün Mənşəli Adın tanınmasına malikdir: Duranqo, Qerrero, Quanaxuato, Miçoakan, Oaxaka, Puebla, San Luis Potosi, Tamaulipas və Zakatekas.

 Laçın

Strateq.az