Bu gün Bakı metropolitenin üç stansiyası gecə saat ikiyə kimi işləyəcək.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev BAKU.WS-ə bildirib ki, bu gecə 28 may, Sahil, və İçərişəhər metro stansiyaları gecə saat ikiyə (02:00) kimi işləyəcək.
Digər stansiyalar isə adi qrafiklə işləyəcək. Qeyd edək ki, ifaçı Tarkan bu gün "Formula 1” oyunlarının açılış mərasimində səhnəyə çıxacaq.