XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

23 İyun 2017 - 17:02

Facebook”un yaradıcısı Mark Zukerberq ilk dəfə iftar açıb –FOTO

 

Facebook"un yaradıcısı Mark Zukerberq ilk dəfə iftara qatılıb.

"Report" xəbər verir ki, M.Zukerberq Minneapolisdə Somalidən olan qaçqınlarla iftar yeməyini bölüşüb.

"Qaçqın kimi, adətən, hansı ölkəyə düşəcəyinizi seçə bilmirsiniz. 26 ilini qaçqınlar üçün düşərgədə keçirən bir nəfərdən ABŞ-da özünü evdəki kimi hiss edib-etmədiyini soruşanda mənə çox sadə, amma dərin mənalı cavab vermişdi: "Ev istədiyinizi sərbəst şəkildə edə bildiyiniz yerdir". Dünyada onun istədiyi kimi yaşamasının, rahat olmasının mümkün olduğu çox az yer var", – M.Zukerberq "Facebook" səhifəsində yazıb.

O, iftar süfrəsi təşkil edən somalili qaçqınlara qonaqpərvərliyə görə təşəkkürünü bildirib: "Sizin gücünüzə və yad bir yerdə yeni həyat qurmaqda göstərdiyiniz qətiyyətə heyranam. Siz bu ölkənin nəyə görə belə möhtəşəm olduğunu bir daha xatırladırsınız".