XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2017 - 21:00

Prezident Şirvanda çoxmənzilli binaların əsaslı təmiri üçün pul ayırdı –3 milyon

Prezident İlham Əliyev Şirvan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Şirvanda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən şəhərin mənzil fonduna daxil olan 52 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılıb.