XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

24 İyun 2017 - 11:09

“Fujitsu” şirkəti ciyərlərin diaqnostikası üçünyeni texnologiya yaradıb

Yaponiyanın elektronika istehsalı sahəsində tanınmış “Fujitsu” şirkəti ciyərlərin xəstələnməsi, xüsusən pnevmaniya zamanı diaqnozun qoyulması üçün yeni texnologiya yaradıb.

Şirkətdən bildiriblər ki, yeni texnologiya kompüter tomoqrafiyası vasitəsilə çəkilən şəkilləri daha qısa vaxt ərzində araşdırmağa imkan yaradır.

“Fujitsu” şirkətinin əsasında süni intellektin dayandığı texnologiyası kompüter tomoqrafiyasının çəkilişlərindən istifadə edərək pasientin ciyərlərinin üçölçülü təsvirini yaradır . Sonra məlumatlar bazasından oxşar halları tapıb çıxararaq həkimlərə yekun diaqnozu qoymağa yardım edir.

Alimlərin bildirdiyinə görə, universitetlərin birində aparılan eksperiment zamanı diaqnozun müəyyən edilməsi üçün sərf edilən vaxt bir saatdan on dəqiqəyə enib.