XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

24 İyun 2017 - 12:23

SimSim abunəçilərinəbayram hədiyyəsi

Azercell Telekom MMC müqəddəs Ramazan bayramı münasibətilə abunəçilərinə yeni kampaniyanı təqdim edir.

Şirkətdən verilən məlumata görə, 26-27 iyun tarixlərində Azercell SimSim abunəçiləri şirkətin Ramazan hədiyyəsi kampaniyasından yararlana biləcəklər.

Kampaniya çərçivəsində abunəçilər şəbəkədaxili istifadə üçün 10 dəqiqə və 100 SMS HƏDİYYƏ qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün BAYRAM sözünü 5757-ə SMS vasitəsilə göndərmək lazımdır (SMS pulsuzdur).

Qeyd edək ki, hədiyyə olunan şəbəkədaxili dəqiqə və SMS-lər kampaniya ərzində yalnız bir dəfə aktiv edilə və 27.06.2017 23:59-dək istifadə oluna bilər.

Azercell Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edir və hər kəsə xoş bayram əhval-ruhiyyəsi arzulayır. Bu bayram sevincini "Azercell"lə birgə yaşayın!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.