XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

27 Noyabr 2015 - 18:39

“Rəislər bundan nəticə çıxartmalıdırlar” – Nazirdən sərt xəbərdarlıq

“İşində nöqsanlara yol verən rəhbər şəxslər ciddi şəkildə cəzalandırılacaq”.

Strateq.az report-a istinadən xəbər verir ki, bunu Beyləqanda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.

“Dünən işdən azad edilənlərdən biri də, Beyləqan rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Malik Mahmudov olub. Bu gün də rayonda keçirilən qəbulda bir daha əmin oldum ki, verilən qərar haqlı qərardır. Bütün xidmətlərin rəisləri bundan nəticə çıxartmalıdırlar. Bilməlidirlər ki, lazım olan məlumatlar bizə daxil olur. Bundan sonra da işində nöqsanlara yol verən rəhbər şəxslər ciddi şəkildə cəzalandırılacaqlar”, – deyə nazir diqqətə çatdırıb.

Qeyd edək ki, ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi kollegiya iclasında 4 nəfər rəhbər şəxs tutduğu vəzifəsindən kənarlaşdırılıb.