Rusiyanın “Aeroflot” aviaşirkətinin Moskva-Bakı reysi ilə uçan təyyarəsində azərbaycanlı sərnişin menyuda təqdim olunmuş “ermənisayağı düyü ilə hind toyuğu” yeməyinə görə qalmaqal salıb.
Sərnişin stüradessadan ona təqdim olunmuş menyuya izahat verməyi tələb edib: “Biz hara uçuruq? Bakıya?” sualına çaş-baş qalmış stüradessa cavab verə bilməyib. Sərnişin yenidən bələdçi qızdan nə üçün Azərbaycana uçan sərnişinlərə bu adda yemək verilməsinin izahını tələb edib.
Video sosial şəbəkələrdə böyük rezonans verib.