XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

26 İyun 2017 - 16:15

Yağış Xaçmazın və Qubanın gilas bağlarına ciddi ziyan vurub –FOTO

Şimal bölgəsinə iyun ayı ərzində yağan güclü yağış nəticəsində Xaçmaz və Qubanın gilas bağlarına ciddi ziyan dəyib.

Ölkəmizdən xaricə ixrac olunan əsas kənd təsərrüfatı məhsullarından sayılan meyvənin bir hissəsi yağışın təsirindən ağaclarda xarab olub. Xaçmaz rayonunun Müzəffəroba kəndindən olan təsərrüfatçı İlham Kərimov bildirir ki, ardıcıl yağan güclü yağış həm yığımı gecikdirib, həm də məhsulun xarab olması ilə nəticələnib. Bağ sahibinin sözlərinə görə, ağacdakı məhsulun 40-50 faizi zay olub. Yağıntının təsirindən çatlayan meyvədə artıq çürümə prosesi getdiyindən həmin məhsulu emal müəssisələrinə də təhvil vermək mümkün deyil. Hazırda gilas yığımının qızğın çağıdır. Xaçmaz rayonunda gilasın “Krım”, “Napoleon” və “Romanovka” sortları yığılır. Məhsul topdansatış qiymətinə birbaşa bağda satılır. Qiymətlər gilasın növünə və keyfiyyətinə görə dəyişir. Ən ucuz gilasın bir kiloqramı alıcılara 1.20 qəpiyə, seçilmiş məhsul isə 3-4 manata təklif olunur.

Şimal bölgəsində yetişdirilən gilas yerli bazarlara çıxarılmaqla yanaşı, qonşu Rusiya Federasiyasının satış mərkəzlərinə də göndərilir. Son illər Xaçmaz və Qubanın bir sıra kəndlərində gilas bağlarının sahəsi xeyli artıb və bu meyvənin satışından əldə olunan vəsait əhalinin əsas gəlir mənbələrindən sayılır.