XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

29 İyun 2017 - 11:53

“Kimsə işləyir, digəri isə onun hesabına yaşayır…” –YAP-çı deputatdan alimlərlə bağlı yeni təklif

"Alimin işinə görə əlavə ödənişlərin verilməsi lazımdır".

Bunu YAP-çı deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, alimin hansısa təklifindən gəlir əldə olunursa, onun bir hissəsi alimə və AMEA-nın elmi tədqiqat insututlarına verilməlidir: "Dövlət tərəfindən müəyyənləşdirilən ştat vahidi var. Olur ki, kimsə işləyir, digəri isə onun hesabına yaşayır. Hər bir alimin işinə görə əlavə ödənişlər verilməlidir. Hesab edirəm ki, Azərbaycanın gələcək iqtisadiyyatının elm əsasında qurulması istiqamətində nə qədər tez addım atılsa, o qədər çox qazanc əldə oluna bilər”.

S.Novruzov bu gün bəzi tələbələrin elm ardınca deyil, diplom ardınca getdiyini də söyləyib: "Fikirləşirlər ki, diplom alıb gedim. Lakin düşünmürlər ki, savadlı olmaq lazımdır".

Trend