XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

29 İyun 2017 - 14:45

Türkiyə vətəndaşı aeroportda saxlanıldı –30 min dollara görə

Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək istəyən Türkiyə vətəndaşı gömrük nəzarətindən "Yaşıl kanal" buraxılış sistemindən istifadə etsə də, əl çantası rentgen aparatından keçirilərkən monitorda əsginasların təsviri görünüb.

Daha sonra vətəndaşın çantası yoxlanılıb və çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 299 ədəd – hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 29 900 dollar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.