XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

29 İyun 2017 - 22:32

“20 Yanvar dairəsi” ləğv ediləcək –Rəsmi + VİDEO

Yasamal rayonu ərazisində "Beşmərtəbə” və Nəriman Nərimanov heykəli yaxınlığındakı dairədən sonra Bakıda İnşaatçılar prospektindəki "Statistika” dairəsi də bağlanıb.

Strateq.az Xəzər TV-yə istinadən xəbər verir ki, keçmiş "Sovetski” ərazisində yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində İnşaatçılar prospektində yerləşən dairədə dəyşikliklər edilib.

Qeyd edək ki, hazırda sözügedən ərazidə layihə üzrə nəzərdə tutulmuş tikinti işləri davam etdirilir. Bakıxanov və İzmir küçələrindən İnşaatçılar prospektinə daxil olan avtonəqliyyat vasitələri isə əvvəlki qaydada hərəkətlərinə davam edə bilərlər. Yaranan vəziyyətdən sürücülər də razıdırlar. Onların sözlərinə görə, dairənin bağlanması pik saatlarda ərazidə yaranan sıxlığın qarşısını alacaq.

Yenidənqurma işləri çərçivəsində yolda bütün infrastruktur da qurulur. Yol cizgi xətləri çəkilib, yeni işıqforlar və bir neçə yerdə nişanlar qoyulub.

"Azəravtoyol” Açıq Səhimdar Cəmiyyətin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, paytaxtdakı dairələrin ləğvi davam edəcək. Növbədə "20 yanvar” kimi tanınan dairədir. İşlərə yaxın vaxtlarda start veriləcək.