Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.
FHN-in saytının verdiyi məlumata görə, dərhal Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar.
Bakıda dənizdə batan şəxslərin qız və oğlan olduğu məlum olub. Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsindən bildirilib.
Onların şəxsiyyəti hələlik məlum deyil.
Axtarışlar davam etdirilir