XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

30 İyun 2017 - 17:38

Doqquzuncu sinif şagirdləri tərəfindən yazılmış inşalara verilən qiymətlər elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında 9-cu sinif şagirdləri tərəfindən yazılmış inşalara (esselərə) verilən qiymətləri elan edib.

Şagirdlər DİM-in internet saytında buraxılış imtahanının nəticələri (http://eservices.dim.gov.az/netorta/?frm=egov) bölməsinə daxil olub iş nömrəsi və şəxsiyyəti təsdiqləyən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz inşalarına verilən qiymətlə, həmçinin inşa vərəqələrinin qrafik təsviri ilə tanış ola bilərlər.

DİM-dən bildirilib ki, ümumi təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında 27.074 şagird inşa (esse) yazıb. İnşa (esse) 10 ballıq şkala ilə qiymətləndirilir. Ümumi orta təhsil haqqında fərqlənmə sənədini almaq üçün inşanın (essenin) qiyməti nəzərə alınır. Fərqlənmə sənədini almaq üçün namizəd olanlar 7 və ya daha yuxarı bal toplamalıdırlar. 6.276 şagirdin yazdığı inşa (esse) 7 və ya daha yuxarı balla qiymətləndirilib. 268 şagirdin nəticəsi isə yazdığı inşada (essedə) özünü tanıtma ilə bağlı məlumatlar (ad, soyad, ata adı, ana adı, oxuduğu məktəb, məktəb direktorunun adı, soyadı və s.) qeyd edildiyindən ləğv olunub.

İnşaların (esselərin) nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Bakı şəhəri və regionlarda apellyasiya komissiyaları yaradılıb. Şagirdlər apellyasiya komissiyalarına iyulun 3-dən 6-dək saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini və surətini təqdim etməklə müraciət edə bilərlər. Apellyasiya komissiyaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

• DİM Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 (Bakı Asiya Universitetinin binasında)

• DİM-in Naxçıvan MR regional bölməsi (Naxçıvan şəhəri, Nizami küçəsi, 10);

• DİM-in Gəncə regional bölməsi (Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina);

• DİM-in Lənkəran regional bölməsi (Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52);

• DİM-in Xaçmaz regional bölməsi (Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küç., 7b);

• DİM-in Şəki regional bölməsi (Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182);

• DİM-in Şirvan regional bölməsi (Şirvan şəhəri, M.Rəsulzadə küçəsi, 19);

• DİM-in Göyçay regional bölməsi (Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43);

• DİM-in Bərdə regional bölməsi (Bərdə şəhəri, H.Əliyev prospekti, 100).