XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2017 - 20:50

Bu gün dənizdə batmış iki nəfərdən birinin şəxsiyyəti müəyyən edilib –Qızı hələ axtarırlar -YENİLƏNİB

Bu gün Xəzər dənizinin Suraxanı rayonuna düşən sahilində – Hövsandakı çimərlikdə batan gənclərdən birinin meyiti tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, bədbəxt hadisə nəticəsində vəfat etmiş 20-22 yaşlı oğlanın meyiti bu dəqiqələrdə sudan çıxarılıb. Hazırda həmin oğlanla birgə dənizdə batan gənc qadının meyiti axtarılır.

Qeyd edək ki, paytaxtda hava şəraiti nisbətən küləkli keçdiyindən dənizdə dalğalar var və bu, axtarış tədbirlərinə mənfi təsir edir. Gənclərin də dalğaların təsiri nəticəsində suyun dərin hissəsinə gedərək boğulduğu ehtimal edilir.

Bakıda dənizdə batanlardan birinin şəxsiyyəti müəyyənləşib. Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, Bakının Suraxanı rayonunda dənizdə çimərkən batmış iki nəfərdən birinin, 1996-cı il təvəllüdlü Rəhimov Hüseyn Fərhad oğlunun meyiti saat 18:04-də batdığı yerdən 100-150 metr aralıdan KGN və SXDX-nın dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər bir nəfərin axtarışı davam etdirilir. Əlavə məlumat veriləcək.