Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Cəlilabad rayonu, Boyxanlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 9 ha biçilmiş taxıl və 0,5 ha biçilməmiş taxıl sahəsi yanıb.
Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.