XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2015 - 07:47

Metroda təhlükəsizlik niyə gücləndirilir? – Açıqlama

Son günlər Bakı metrosunda təhlükəsizlik tədbirləri xeyli gücləndirilib

Sərnişinlər polis əməkdaşları tərəfindən bir-bir yoxlanılaraq metroya buraxılır. Şübhəli sərnişinlər saxlanılır, çantalarına baxış keçirilir. Kimliyindən aslı olmayaraq, çantalarda təhlükəli əşyaların olub-olmaması araşdırılır.

Metronun “Sahil”, “İçəri şəhər”, “28 May”, “Nəriman Nərimanov”, “Ulduz”, “Əzizbəyov”, “Neftçilər”, “Xalqlar dostluğu” metro stansiyalarının giriş qapılarında dayanan polislər sərnişinlərin çantalarını yoxlamadan içəri buraxmırlar. İddia edilir ki, metroda indiyə kimi görünməmiş təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi Nardaran hadisələri ilə əlaqədardır.
 
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a açıqlamasında metro stansiyalarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsini təsdiqləyib. Qurum rəsmisi bildirib ki, metroda mütəmadi olaraq təhlükəsizlik tədbirləri görülür. Onun sözlərinə görə, metroda təhlükəsizlik tədbirlərinin gücləndirilməsini Nardaranda baş verən hadisələrlə əlaqələndirmək yalnışdır.
 
Metro polisindən bildirilib ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar stansiyalara əlavə qüvvə cəlb olunmayıb.