XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

01 İyul 2017 - 21:35

Bu il neçə tələbə məzun oldu? –Universitetlər üzrə siyahı

Artıq 2016-2017-ci tədris ilinin başa çatması ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən universitetlərdə məzun günü keçirilib. Maraqlıdır, bu il universitetlərdən nə qədər tələbə məzun olub?

Bakı Dövlət Universitetini (BDU) bu il dörd minədək tələbə bitirir, onlardan təxminən dörd yüzü fərqlənmə diplomuna layiq görülüb.
 
Azərbaycan Texniki Universitetindən (AzTU) bu il 1880 tələbə məzun olub. Onlardan 1568-i bakalavr, 160-ı magistrdir. 138 nəfər isə ötən tədris ilindən qalanlardır. Bakalavriat səviyyəsində məzun olanlardan 14-ü xarici ölkə vətəndaşıdır.
 
2016-2017-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) isə 4378 məzun bitirib. Onlardan 3199-u bakalavr, 1179-u isə magistrdir.
 
Bu il Azərbaycan Dövlət Pedoqoji Universitetini (ADPU) filialları və Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə birlikdə 4433 məzun bitirib. ADPU-da builki tədris ilində 25 ixtisas, 33 ixtisaslaşma üzrə 298 magistr olub.
 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alan 1904 tələbə bu il məzun adını qazanıb. Məzunların 190-ı bakalavr və 168-i magistr universiteti fərqlənmə diplomu ilə bitirib.
 
2016-2017-ci  tədris ilində Azərbaycan Tibb Universitetinindən isə 1057 tələbə məzun olub. Bu il universitetin I müalicə-profilaktika fakültəsini 316, II müalicə-profilaktika fakültəsini 318, stomatologiya fakültəsini 126, tibbi profilaktika fakültəsini 77, əczaçılıq fakültəsini 104 məzun bitirib. Məzunlardan 70 nəfərə yaxını universiteti fərqlənmə diplomu ilə bitirib.

Modern.az