XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2017 - 13:48

Lənkəran Dövlət Universitetində “Məzun günü” keçirilib –FOTOlar

Lənkəran Dövlət Universitetində "Məzun günü" keçirilib.

LDU-nun mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, tədbiri LDU-nun  rektoru vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov açıb. O, ilk olaraq bu il universiteti bitirən bütün məzunları, onların valideynlərini, həmçinin professor-müəllim heyətini  əlamətdar gün münasibətilə ürəkdən təbrik edərək səmimi, xoş arzularını bildirib və məzunlara  gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Professor Natiq İbrahimov insan həyatında elm və təhsilin əvəzsiz rol oynadığını qeyd edərək, məhz bu iki qoşa qanad sayəsində yüksək zirvələrə uçmağın mümkünlüyündən söz açıb, bunun üçün insandan istedadla bərabər, həm də əməksevərlik, səbir, dözüm, fədakarlıq kimi keyfiyyətlərin tələb edildiyini xüsusi vurğulayıb.

Bu il universiteti  533  məzunun bitirdiyini  deyən  rektor, hər il olduğu kimi, bu il də magistratura imtahanlarında LDU məzunlarının respublikada yüksək göstəricilərə nail olduğunu qeyd edib, Lənkəran  Dövlət Universitetinin ölkə ali məktəbləri  arasında öncül sırada qərarlaşdığını tədbir  iştirakçılarının diqqətinə  çatdırıb.

Məzunların sevincinə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Möhübbət Babayev də şərik çıxıb. O, çıxışında məzunlara qazandıqları bilikləri həyatda uğurla tədbiq etməyi, ölkə üçün dəyərli vətəndaş, bacarıqlı mütəxəssis olmağı tövsiyə edib.

LDU-nun əvvəlki buraxılış ilinin məzunlarından Murad Katifeçi, Lənkəran Humanitar Kollecinin direktoru Ruslan Həmidov, LDU valideynlər şurasının sədri Sərhad Məmmədov çıxış edərək məzunları bu xoş gün münasibəti ilə təbrik edərək təhsil aldıqları tədris ocağının adını daim uca tutmağı, həyat yollarında büdrəməməyi, gələcəyimizin əsl qurucuları olmağı arzu ediblər. Məzunların doğma universitetə, sevimli müəllimlərə minnətdarlıq duyğularını Aylin Məmmədova çatdırıb.O, LDU-da təhsil illəri boyunca məzunların layiqli kadrlar kimi yetişməsində zəhməti olan hər kəsə təşəkkür bildirib.

Universiteti müvəffəqiyyətlə bitirən məzunlara fərqlənmə diplomlarını professor Natiq İbrahimov təqdim edib. Eyni zamanda, LDU-nun ictimai həyatında fəal iştirak edən məzunların bir qrupuna da diplomlar rektor, prorektor, icra rəsmisi və mötəbər qonaqlar tərəfindən təntənəli şəkildə təqdim olunub.

"Məzun günü"ndə magistraturaya yüksək balla qəbul olunanlar fəxri fərmanlarla mükafatlandırılıb.

28 May Respublika Günü münasibəti ilə PRESTİJ-S tədris mərkəzinin LDU ilə birgə keçirtdiyi məntiq olimpiadasının qalibləri də mükafatsız qalmayıblar. Qaliblərə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

Eyni zamanda, qarışıq döyüş növləri üzrə keçirilən bölgə turnirində qalib olan LDU komandasının layiq görüldüyü fəxri fərman və "BUDO" federasiyasının kuboku rektor Natiq İbrahimova təqdim edilib.

Məzun günü tələbələrin ifasında şux mahnı və rəqslərlə ,maraqlı ifalarla yekunlaşıb. Sonda xatirə şəkilləri çəkilib.