XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

02 İyul 2017 - 15:25

Ümumdünya Səhiyyə Təşkilatının yeni baş direktoru işə başladı:"Səhiyyədən bəhrələnmək insanın ali hüququdur"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  yeni baş direktoru Tedros Adhanom Qebreyesus şənbə günündən etibarən beş il müddətinə vəzifəsinin icrasına başlayıb.

Strateq.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, Efiopiyanın sabiq səhiyyə və xarici işlər naiziri bu təşkilata rəhbərlik edən ilk afrikalı olub.

Tedros bildirib ki, səhiyyə, tibb xidmətdən bəhrələnmək insanın ali hüququdur və bu, Ümumdünya Səhiyyə Təşkilatının əsas prinsipi olacaq.

Xatırladaq ki, təşkilata rəhbərliklə bağlı may ayında keçirilən seçkilərdə Tedros Adhanom Qebreyesus britaniyalı və pakistanlı rəqiblərinə böyük üstünlüklə qalib gəlib.

Onu da qeyd edək ki, Tedrosdan öncə təşkilat 10 il ərzində çinli Marqaret Çan rəhbərlik edib.

Strateq.az