XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

30 Noyabr 2015 - 17:03

Şəxsiyyət vəsiqələrinin verilməsi üçün tələb edilən rüsum – Sabahdan yeni qanun qüvvəyə minəcək
 

Sabahdan şəxsiyyət vəsiqələrinin verilməsi üçün tətbiq olunan rüsum yenilənir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu il dekabrın 1-dən qüvvəyə minəcək “Dövlət rüsumu haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, ölkə vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödəniləcək.