XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

03 İyul 2017 - 00:29

Bakıda kirayə evlər ucuzlaşdı –Qiymətlər + VİDEO

Bakıda kirayə ev bazarında ucuzlaşma müşahidə olunur. 3 ay əvvəlki qiymətlərlə hazır ki qiymətlər arasında 40 -50 manat fərq var.

Rieltorlar kirayə mənzil bazarında ucuzlaşmanı mövsümlə əlaqələndirirlər. Yayda bir çoxlarının rayonlara üztutması və xüsusuilə də universitet tələbələrinin tətilə çıxması sektora ciddi təsir edir.

Ucuzlaşma əsasən yeni tikililərdə və nisbətən bahalı evlərdə müşahidə olunur.

Kirayə mənzil bazarında qiymətlərin sentyabr ayından yenidən qalxacağı gözlənilir. Ekspertlər mənzil kirayələmək istəyənlərə indidən özlərinə münasib ev axtarmağı tövsiyyə edirlər. /xezerxeber.az