Ürək xəstəliyindən əziyyət çəkən Göyçay rayon məhkəməsinin sədri Fərhad Əfəndiyev bu gün Göyçay şəhərində yerləşən mənzilində ürək tutmasından dünyasını dəyişib.
Fərhad Əfəndiyev 1985 – 1999-cu illərdə Azərsənayetikinti' Dövlət Şirkətinin Mənzil-Kommunal İdarəsində hüquq məsləhətçisi, 1999-cu ildə “Hüquq ədəbiyyatı” nəşriyyatı firmasında Qanunvericiliyin sistemləşdirilməsi və nəşrə hazırlanması qrupunun rəhbəri və eyni zamanda “Hüquqi dövlət və qanun'” jurnalında məsul katib, 1999 – 2000-ci illərdə Bakı Şəhər Prokurorluğunda mətbuat xidməti üzrə aparıcı mütəxəssis, 2000 – 2007-ci illərdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi, 2007 – 2012-ci illərdə Mingəçevir Şəhər Məhkəməsinin sədri və 2012 -ci ildən Göyçay Rayon Məhkəməsinin sədri vəzifəsində işləyib.