XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2017 - 12:05

Sabaha olan hava proqnozu –Bakıda 38 dərəcə isti olacaq

İyulun 4-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək.

 ETSN-dən  verilən məlumatına görə, havanın temperaturunun gecə 22-27° isti, gündüz  34-39° isti, Bakıda gecə  23-25° isti, gündüz  36-38° isti olacağı gözlənilir.

 Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət  gecə 65-75 %,  gündüz  35-45 %  təşkil edəcək.

 Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti olacaq.

 Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

 Havanın temperaturunun gecə 21-26° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz  28-33° isti olacağı gözlənilir.