Bakının mərkəzində 16 yaşlı qız intihara cəhd edib.
“Report”un xəbərinə görə, hadisə Səbail rayonu, Kiçik Qala küçəsində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü F.İ. intihar məqsədi ilə özünü qala divarından yerə atıb. Yaralı çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.