XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

01 Dekabr 2015 - 08:39

“Sakinlər 1-2 il ərzində köhnə borclarını ödəyə bilərlər” – “Azəriqaz”dan Nardaran açıqlaması

“Nardaran qəsəbəsinin əhalisinin “Azəriqaz” İstehsalat Birliyinə borcu var. Keçən il də onlarla böyük problem yaşadıq. Onların müraciəti ilə qəsəbəyə yeni sayğaclar quraşdırdıq.  

Nardarana əvvəllər bir tərəfdən qaz verilirdisə, indi üç tərəfdən qazla təmin etdik”.

report.az xəbər verir ki, bu barədə İstehsalat Birliyinin sədri Əkbər Hacıyev jurnalistlərə bildirib.

“Qəsəbəyə smart tipli sayğaclar quraşdırırıq. Bu sayğaclarda belə funksiya var ki, hər ödənişdə 30% köhnə borc, 70% yeni borc ödənilir. Sakinlər 1-2 il ərzində köhnə borclarını ödəyə bilərlər”, – Ə.Hacıyev deyib.  

O qeyd edib ki, dünəndən işçilər evlərdə bir-bir qazı bərpa edirlər: “Müqavilələr bağlanılır, hər biri razılaşdığı təqdirdə onların qaz təminatını açacağıq”.