XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2015 - 13:33

Romada İtaliya-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin təqdimatı olub

italiya baku.jpg

 

Romada İtaliya-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin təqdimat mərasimi keçirilib.

Strateq.az-a cəmiyyətdən daxil olan məlumatda  bildirilir ki, tədbirin aparıcısı Azərbaycanı yaxından tanıyan italiyalı jurnalist Gianni Perrelli, ölkəmizin dünyada bir körpü rolunu oynadığını deyib.

Onun sözlərinə görə, Azərbaycan coğrafi olaraq Asiyada yerləşsə də, Avropaya açıq bi dövlətdir. Avropanın Şurasının üzvüdür, Avropanın idman, mədəniyyət tədbirlərində yaxından iştirak edir. Gecədə çıxış edən cəmiyyətin rəhbəri, eyni zamanda uzun illərdir İtaliyada müxtəlif media quruluşların nümayəndəsi kimi çalışan türk jurnalist Dündar Keşaplı bildirib ki, 30 ilə yaxın müddətdir yaşadığı İtaliyada əldə etdiyi təcrübə Türkiyəyə yaxın dostu və qardaş olan Azərbaycanla İtaliya arasında belə bir qurum yaratmağa imkan verdi.

Onun fikrincə, siyasətçilər öz üzərlərinə düşəni edirlər, amma cəmiyyətlər arasındakı inteqrasiya üçün bir təşkilat ümumiyyətlə olmayıb. Siyasətçilər, həmişə üst səviyyə hərəkət etdiyi üçün belə bir cəhdin də çox faydalı olacağını düşünürəm. Cəmiyyət sədrinin müavini Rəşad Qurbanov isə deyib ki, bu təşkilatın yaradılması Azərbaycan və İtaliya arasında əlaqələrə bir töhfə verəcək. Azərbaycanın zəngin mədəniyyətinin olduğunu deyən R.Qurbanov, Azərbaycanın İtaliyada tanıdılmasında bu qurumun rolundan danışıb.

ölkəmizin İtaliyadakı səfirliyinin müşaviri Vüqar Hacıyev iki dövlətin münasibətlərinin bir çox sahədə inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu təşkilat xüsusilə idman və mədəniyyət sahəsində əlaqələrin zənginləşməsinə xidmət edəcək: “Biz, bu təşəbbüsləri səfirlik olaraq dəstəkləyirik. Nə qədər belə təşkilatlar olsa, o qədər yaxşıdır”. Tədbirdə cəmiyyətin İtaliyada fəaliyyətə başlamasına dəstək olan şəxslərə xatirə hədiyyələri təqdim edilib. Azərbaycanın tarixini, mədəniyyətini və idmanından bəhs edən tanıtım videoları göstərilib. Gecədə qonaqlara Azərbaycan və İtalyan mətbəxinin təamları təqdim edilib.

 Strateq.az