“Dövlət rüsumu haqqında” qanuna düzəlişlərə uyğun olaraq dekabrın 1–dən şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsumun məbləği artırılıb.
Belə ki, şəxsiyyət vəsiqəsinin 10 gün ərzində verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 5 manat, 3 gün ərzində- 25 manat, 1 gün ərzində – 35 manat təşkil edəcək. Bu barədə DİN mətbuat xidməti bildirib.
Bundan öncə şəxsiyyət vəsiqəsini 10 gün ərzində almaq üçün 1 manat, 3 gün ərzində almaq üçün 10 manat ödəmək lazım gəlirdi.