XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2017 - 13:15

Yol qəzasında ölənlər YAP-çı deputatın yaxın qohumlarıdır –Araşdırma aparılır

Bakı- Ələt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslər Milli Məclis üzvünün qohumlarıdır.

 Həmin yol-nəqliyyat qəzasında ölən Rövşən və Üzeyir Hacızadələr deputat Şəmsəddin Hacıyevin qardaşının nəvələridir.

 Qeyd edək ki, iyulun 5-də saat 23:00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini Rövşən Hacızadə idarə etdiyi "Daewoo" markalı avtomobili yolun kənarında dayanmış "Shacman" markalı yük avtomobilinə vurub. Nəticədə R. Hacızadə və sərnişinləri – qardaşı Üzeyir, paytaxt sakini Həsən Həsənov ölüb, digər 1 sərnişin isə xəstəxanaya yerləşdirilib.  (APA)

 Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.