XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

06 İyul 2017 - 13:20

Sabaha olan hava proqnozu açıqlanıb –Qısamüddətli yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam dəyişkən buludlu olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24° isti, gündüz 28-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 31-36°, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacağı gözlənilir.