XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 05:44

Ali məktəblərə qəbul imtahanlarında yenilik olacaq – VİDEO

Ali məktəblərə qəbul imtahanlarında yenilik ola bilər.

xezerxeber.com-a istinadən strateq.az xəbər verir ki, söhbət test tapşırıqlarının hazırlanması qaydalarından gedir.

Belə ki, hazırda abituriyentlər cavabları bir-birlərindən köçürməsin deyə test kitabçaları variantlar üzrə hazırlanır. Ancaq bundan sonra variantlar ümumiyyətlə ləğv oluna bilər. Buna yeni qurulan çap sistemi imkan verir. Yeni çap prosesində insan faktoru tamamilə aradan qaldırılıb.

Sual kitabçaları çap olunur, zallar üzrə paketlənir və binalar üzrə qutulara yığılır. Sistem avtomoatik işləyir, hətta suallar və cavablar da avtomatik yer dəyişdirə bilər. Bu o deməkdir ki, yeni sistemdə bu variantlara ehtiyac qalmır.

Bu isə zallarda köçürmə ehtimalını minimuma endirəcək. Yeni sistemlə çap olunan sual kitabçalarında eyni zamanda abituriyentlər haqqında açıq və kodlaşdırılmış məlumat öz əksini tapır. Bu isə yazılı tapşırıqların tədbiqinə imkan verir.