XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 06:45

Doktoranturaya qəbulda yeni qaydalar – Elmi Şurasının qərarı qüvvəyə mindi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) doktoranturaya qəbulda yeni qaydalar qüvvəyə minib.

Bu barədə universitetdən strateq.az-a daxil olan məlumata görə, UNEC-in Elmi Şurasının qərarına əsasən, universitetdə fəlsəfə doktoru proqramı üzrə ingilis dili fənnindən qəbul imtahanı artıq British Council tərəfindən həyata keçiriləcək.

Digər yeniliyə uyğun olaraq, İELTS və TOEFL beynəlxalq sertifikatı olanlar ingilis dili imtahanından azad olunacaq. Dəyişikliklər fəlsəfə doktoru proqramı üzrə doktorantların ingilis dilindən doktorluq imtahanlarına da şamil olunacaq. Yeniliklərin tətbiqində əsas məqsəd qəbulda obyektivliyi təmin etməklə, elmi səviyyə üçün tələb olunan ingilis dili biliklərinin artırılmasına nail olmaqdır.

Eləcə də, növbəti tədris ili üzrə elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə sənəd qəbulunun tam elektronlaşdırılması nəzərdə tutulub.