XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 11:16

Azərbaycana gətirilən siqaretlərə elektron möhür vurulacaq –Vergilər Nazirliyi parlamentə yeni qanun layihəsi təqdim edib

"Azərbaycan Vergilər Nazirliyi hökumətə yeni qanun layihəsi təqdim edib. Bu qanun qəbul edilsə, ölkəyə gətirilən siqaretlərə elektron möhürlər vurulacaq".

 Bunu tütünə vergi tətbiqi ilə bağlı keçirilən seminarda Dünya Bankının tütün məhsullarına vergi qoyulmasına görə dünya üzrə koordinatoru Patrisio Markez Vergilər Nazirliyində keçirdiyi görüş haqqında danışarkən deyib.  P.Markezin sözlərinə görə, yeni təklifin qəbulu ölkəyə gətirilən siqaretlərin saxta olub-olmadığını bilməyə əsas verəcək: "Onu da qeyd edim ki, bu möhürlər elə olacaq ki, hətta onu mobil telefonlar vasitəsilə də müəyyən etmək mümkün olacaq. Hesablamalarımıza görə, hazırda Azərbaycan Gürcüstan və Ukraynaya nəzərən hər siqaret qutusunda 60 sent itirir".

 "Dünya Bankı siqaretə vergi tətbiqinin tərəfdarıdır"

 "Dünya Bankı siqaretə vergi tətbiqinin tərəfdarıdır. Dünya təcrübəsi də göstərir ki, bu sahəyə vergi tətbiqi tütün istehlakının azalmasına xidmət edir". Bunu Dünya Bankının tütün məhsullarına vergi qoyulmasına görə, dünya üzrə koordinatoru Patrisio Markez deyib. P.Markez qeyd edib ki, verginin tətbiqi büdcə daxilolmalarının da artmasına səbəb olur: "Tütün məhsullarına verginin tətbiqi siqaretdən istifadəni azaldır. Bəzi ölkələrin təcrübəsi deməyə əsas verir ki, əgər vergi nəticəsində siqaretin qiyməti 10% artırsa, bu, istehlakın 4% azalmasına şərait yaradır".

 Ekspert hesab edir ki, siqaretə vergi tətbiqini əhalinin gəlirinə uyğunlaşdırmaq lazımdır: "Çin bu yaxınlarda çox effektiv təcrübəyə başlayıb. Belə ki, onlar tütün və tütün məhsullarına vergi tətbiqini əhalinin gəlirlərinə uyğunlaşdırmağa başlayıblar. Yəni, nəzərə almaq lazımdır ki, əhalinin gəliri artarsa, onlar yenidən siqaret çəkməyə başlaya bilərlər. Bu sahəyə vergi tətbiqi nəticəsində Filippin büdcəsinə 4 mlrd. dollar, ABŞ-da isə 15 mlrd. dollarlıq daxilolma qeydə alınıb".

 "Tütün şirkətləri təbliğat aparır ki, əgər vergi artsa, qaçaqmalçılıq faktları artacaq. Amma bizim onlara qarşı deyəcəyimiz çox güclü arqumentlərimiz var. Bu gün siqaretlər müasir texnologiya ilə hazırlanır ki, bu da onun çox ucuz başa gəlməsinə şərait yaradır", – deyə Bank eksperti bildirib. ( Report)