XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2017 - 11:54

Şənbə və bazar günləri üçün hava proqnozu açıqlanıb –Külək sabaha qədər davam edəcək

"Bakıda müşahidə olunan küləkli hava şəraiti iyul ayının 8-i də davam edəcək".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, iyun ayının 8-də gecə və səhər saatlarında paytaxtda və yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur: "İyun ayının 9-da paytaxtda əsən şimal-qərb küləyi mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu günorta saatlarında 30-34 dərəcə, arasında dəyişəcək".

G.Məmmədovanın sözlərinə görə, bölgələrdə növbəti iki gün ərzində arabir yağış yağacağı gözlənilir: "Qərb küləyi əsəcək. Havanın temperaturu 31-36 dərəcə arası dəyişəcək".

Onun sözlərinə görə, hazırda ölkə ərazisində havanın temperaturu norma daxilindədir.