XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2017 - 12:18

Təhsil naziri:“Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz az olub”

“Bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalsa da, qəbul olunanların sayı 34 faiz artıb”.

Bunu təhsil naziri Mikayıl Cabbarov iyulun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ilk magistrlərinin “məzun günü”ndə deyib. Nazirin sözlərinə görə, bu da ali təhsildə keyfiyyətin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin göstəricisidir və gələcəkdə elmi bazanın inkişafı üçün yaxşı zəmindir.

Tədbirdə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də çıxış edib. (Azərtac)