XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 December 2015 - 10:09

Qar yağacaq: Sabah güclü külək olacaq- HAVA

HAVA QAR.jpg

Azərbaycan ərazisində hava kəskin soyuyacaq və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, dekabrın 3-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir, şimşək çaxacağı ehtimalı var.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 6-8, günün birinci yarısında 10 dərəcəyədək, günün ikinci yarısında 6 dərəcəyədək isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 6-10, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-4 dərəcə isti olacaq.