XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 12:51

Bakı Ali Neft Məktəbinin məzunu Almaniya universitetinin magistrı oldu– FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) dünyanın qabaqcıl universitetlərinin magistraturasına qəbul olunmuş məzunlarından biri də Emil Paşayevdir.

BANM-dən Strateq.az-a bildirilib ki, ali məktəbin kimya mühəndisliyi ixtisasını bitirmiş E.Paşayev Almaniyanın nüfuzlu Hamburg-Harburg Texnik Universitetinin magistr səviyyəsinə təqaüdlə qəbul olunub. O, 2012-ci ildə 627 bal toplayaraq Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi ixtisasına daxil olub. Bu ali məktəbdə təklif olunan təcrübə proqramları, eləcə də müəllimlərin bilik və təcrübələri onun yalnız mühəndis kimi deyil, həm də yaxşı tədqiqatçı kimi inkişafına kömək edib.

Emilin magistratura təhsili almaq üçün Hamburg-Harburg Texnik Universitetinin kimya və bioproses mühəndisliyi fakültəsini seçməsi də təsadüfi deyil. Bu ixtisası seçməyi ona müəllimləri məsləhət görüb. Çünki BANM-in müəllimləri artıq o ixtisasların nədən bəhs edəcəyini biləcək qədər təcrübəlidirlər.

Söz yox ki, BANM-də aldığı təhsil onun Almaniya universitetinə qəbul olunmağında böyük rol oynayıb. Bu barədə Emil özü deyir: “Motivasiya məktubunda BANM-in mənə nə verdiyini və necə şərait yaratdığını qeyd etmişəm. Düşünürəm ki, bu qeydləri Hamburg-Harburg Texnik Universiteti yüksək qiymətləndirərək məni magistraturaya qəbul edib”.