XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 13:02

AMEA-nın prezidenti Akif Əlizadə:“Mənzillər birinci növbədə elmlər doktorlarına veriləcək”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Akademiya əməkdaşlarının mənzil bölgüsü ilə bağlı məsələyə münasibət bildirib.

 AMEA prezidenti deyib ki, birinci növbədə evlər elmlər doktorlarına, ikinci növbədə isə fəlsəfə doktorlarına veriləcək, ev bölgüsü qaydalar əsasında aparılacaq: "Heç bir qayda pozuntusuna yol verilməyəcək".  A. Əlizadə qeyd edib ki, Akademiyaya aidiyyəti olmayan şəxslərə ev verilməyəcək: "Akademiyada işləməyənlərə heç bir yardım göstərilə bilməz".

Qeyd edək ki, AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi işinə başlanılıb.