XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 11:29

Hədəf Nəşrləri Olimpiada keçirəcək – IX – X siniflər üçün

hedef-1.jpg

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dekabrın 13-də Hədəf Nəşrlərinin təssisçiliyi ilə məktəblilər arasında Fənlərin Dostluğu Olimpiadası keçiriləcək.

Olimpiadada 9-10-cu sinif şagirdləri iştirak edə bilərlər. Bunun üçün dekabrın 11-nə qədər inteqrasiya.az saytından pulsuz qeydiyyatdan keçmək lazımdır. Azərbaycan dilində keçiriləcək Olimpiadada iştirakçılar 2 saat müddətində 50 sualı cavablandıracaqlar.  İlk 10-cu yeri tutan gənclər aşağıdakı kimi mükafatlandırılacaq.

I yer – “OYAL”dan xüsusi hədiyyə paketi,

Hədəf kurslarında bir illik 100% güzəştlə təhsil alma imkanı

II yer – “OYAL”dan xüsusi hədiyyə paketi,

Hədəf Kurslarında bir illik 75% güzəştli təhsil alma imkanı

III yer – “OYAL”dan xüsusi hədiyyə paketi,

Hədəf Kurslarında bir illik 50% güzəştli təhsil alma imkanı

IV-X yer* –  “OYAL”dan və kitabevim.az-dan hədiyyə paketi,

Hədəf Kurslarında bir illik  30% güzəştli təhsil alma imkanı əldə edir.

Qeyd edək ki, Olimpiada Təhsil Problemləri İnstitutu, Azərbaycan Universiteti və “Hədəf Kursları”nın təşkilatçılığı ilə keçiriləcək.

Tədbirin sponsorları, “OYAL”, Medika Hospital, Kitabevim.az, İstiqlal Tədris və Yaradıcılıq Mərkəzi, informasiya dəstəkçiləri isə “OTV”, senet.az, azpress.az-dır.