XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2015 - 07:27

Ərəb Əmirliklərinin Bakıdakı səfiri: “O gün bizim üçün böyük gün idi”

 

bee sk.jpg

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyi ölkəsinin Milli Günü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysi BƏƏ-nin inkişaf tarixi barədə məlumat verib. 2 dekabrın BƏƏ tarixində böyük gün olduğunu vurğulayan diplomat  deyib ki, o zaman yeddi əmirliyin hakimi öz iradəsini vahid məqsəd naminə bir ortaya qoymuşdu:

“Bu yüksək ruh ilə 44 il ərzində BƏƏ böyük inkişafa nail olub və biz bu gün inkişaf təcrübəmizi digər ölkələrlə paylaşırıq”.

Daha sonra BƏƏ və Azərbaycan arasında əlaqələrə toxunan səfir deyib ki, bu əlaqələr qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa, bunu daha da gücləndirən islam irsinə və müştərək tarixə əsaslanır. ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə böyük önəm verdiyini söyləyən Məhəmməd Əhməd Hamil Əl-Qubeysi bu ilin aprel ayında BƏƏ-nin vitse-prezidenti, Dubay hakimi Şeyx Muhəmməd bin Raçid Əl Məktumun Azərbaycana rəsmi səfərini xatırladaraq, bunu əlamətdar hadisə adlandırıb. Onun fikrincə, BƏƏ vətəndaşlarının Azərbaycanın hava limanlarında viza əldə edə bilmələrini iki dövlət başçısının yaratdığı dost mühitini nümayiş etdirir.

Azərbaycan hökuməti adından BƏƏ xalqını bayram münasibətilə təbrik edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin mövqelərinin beynəlxalq məsələlərdə üst-üstə düşdüyünü vurğulayan nazir müavini Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının fəaliyyətini yüksək qiymətləndirib və hər iki ölkənin iş adamları arasındaks işgüzar münasibətləri iqtisadi əməkdaşlığımızın bariz nümunəsi olduğunu qeyd etdi.

Strateq.az