Cari ilin yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1078 nəfər Azərbaycana gələn qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər. Eyni zamanda 607 nəfər isə Azərbaycandan gedən qeydə alınıb. Bununla da miqrasiya saldosu müsbət 471 nəfər təşkil edib.