XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

10 İyul 2017 - 19:28

Bakı Ali Neft Məktəbinin professorları BMT və ATƏT-ə müraciət edib:“Separatçılar bütün sivil dünyaya meydan oxuyur”

 

Bakı Ali Neft Məktəbinin (BANM) bir qrup professoru nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT, ATƏT-in Minsk qrupu və Avropa Şurasına Ermənistanın hərbi qüvvələrinin artilleriya zərbələri nəticəsində vəhşicəsinə qətlə yetirilmiş iki yaşlı Zəhranın həlak olması ilə bağlı müraciət ünvanlayıb.

Bu barədə Strateq.az -a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Müraciətdə eyilir:

“Heç bir günahı olmayan insanların: iki yaşlı körpənin və yaşlı qadının qətli Azərbaycanın mülki əhalisinə qarşı erməni hərbi qüvvələrinin törətdiyi növbəti cinayətidir və bunun üçün məsuliyyət tamamilə Ermənistanın siyası rəhbərliyinin üzərinə düşür. Ermənilərin minaatanları və qumbaraatanları “Böyük iyirmiliyin” görüşü ərəfəsində uşaqları hədəfə götürürlər, separatçılar bütün sivil dünyaya meydan oxuyurlar. Azərbaycanın mülki əhalisinə və mülkiyyətinə davamlı və məqsədyönlü hücumlar beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi pozulmasıdır. Separatçıların əməlləri, onların arası kəsilməyən təxribatları müxtəlif ölkələrin siyasətçilərinin daim artan narazılığı ilə qarşılanır.

Beynəlxalq institutlar erməni işğalına son qoyulması, işğalçı qüvvələrin işğal olunmuş Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycanın dünya ictimaiyyəti tərəfindən tanınmış ərazilərindən çıxarılması və regionda sülhün bərqərar olunması üçün tədbirlər görməlidirlər. Sivil dünyada sonsuz konfliktlərə yer yoxdur. Biz tələb edirik ki, Ermənistan özünün Azərbaycana qarşı irəli sürdüyü əsassız və qeyri-qanuni ərazi iddialarının naminə bizim ölkənin mülki əhalisinin qurban verilməsinə son qoyulsun.

Günahsız insanların ölümünə, insanlıqdan kənar əməllərə son qoyulmalıdır. Hər insan həyatı qiymətlidir, hər insan təkraredilməzdir və insanın, özü də körpənin qətli insanlığa qarşı cinayətdir. BMT, ATƏT, qərb ölkələri, xüsusən dünyanın super ölkələri regionda status-kvonu saxlamağa çalışan agressiyanı cilovlamalıdırlar. Biz hesab edirik ki, nüfuzlu beynəlxalq təşkilatlar özlərinin Azərbaycanın ərazi bütövlüyünün tanınması və Ermənistanın işğalçı ordusunun bizim torpaqlardan çıxarılması haqqında qərarlarına hörmət etməlidirlər. Əgər bu baş tutmasa, bu cür təxribatlar davam edəcək və bu, Azərbaycanın status-kvonu aradan qaldırmaq üçün hərbi güc tətbiqinə məcbur edəcək.

Bakı Ali Neft Məktəbinin professorları: Ramiz Hümbətov, Rəna Mustafayeva, Siyavuş Azakov, Fuad Vəliyev".