XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 December 2015 - 18:43

Lənkəranda leysan: həyətləri su basdı (FOTOLAR)
 

Axşam saatlarından etibarən, hava şəraitinin kəskin dəyişməsi Lənkəranda leysan yağışla müşayiət əvəz olub.

“Report”un xəbərinə görə, bir neçə saat aramsız davam edən yağıntı nəticəsində nisbətən çökək ərazilərdə yolları və həyətlərı su basıb. Qısa müddət ərzində bəzi həyətlərə suyun səviyyəsi 30-40 sm-ə çatıb. Bir neçə yerdə çinar ağacları yola aşıb. Şəhərdə və kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bəzi transformatorlarda qəzalar baş verib. Yağıntı davam edir.