XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

12 İyul 2017 - 11:21

Teleradio Şurası:"Bəzi yayımçılar tələbləri pozurlar"

Reklamla bağlı qanunvericiliyin tələblərinin bəzi yayımçılar tərəfindən pozulması halları müşahidə edilir.

Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Onun sözlərinə görə, xüsusilə bir saata düşən reklamın həcmi ilə bağlı pozuntular diqqəti cəlb edir:

"Bunu adi tamaşaçı da hiss edir, burada gizli bir şey yoxdur. Həmçinin, bəzi hallarda sponsor reklamlarının da müvafiq həddən artıq olması, xüsusi kommersiya verilişləri müşahidə edilir. Lakin bu məsələlərdə yayımçıların maddi durumları və teleradio məkanının inkişafı məqsədləri nəzərə alınmaqla, müəyyən güzəştli mövqe tutulur. Çünki teleradio sisteminin tərkib hissəsi olaraq bizim məqsədimiz teleradio yayımçılarını inzibati yolla sıxmaq yox, onların fəaliyyətinə yardımçı olmaqdır. Bu mənada hesab edirik ki, reklam məsələsində müəyyən güzəştli mövqe yayımçıların maddi imkanlarını düzəltmələrinə kömək edə bilər".