XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2015 - 10:59

Yeddi gün dərsə getməyən şagirdə 100 manat cərimə: Qanun qəbul edildi

mekteb.jpg

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

report.az-a istinadən strateq.az xəbər verir ki, layihə barədə MM-in Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Təklif edilən dəyişikliyə əsasən, bir ay müddətində 7 gündən çox dərs buraxan şagirdin valideyni 100 manat cərimə olunacaq. 

Həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq ediləcək.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub.