XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2017 - 10:27

Yasamal rayonunun bir hissəsinə içməlisuyun verilişi dayandırıldı

Bakının Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsinə içməli suyun verilməsində fasilə yaranıb.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, suyun dayandırılmasına səbəb rayonun Dadaş Bünyadzadə küçəsində yağış sularının kənarlaşdırılması üçün kollektorun tikintisidir.

Bu səbəbdən də ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar iyulun 14-də gün ərazində Dadaş Bünyadzadə küçəsinə suyun verilişində fasilə olacaq.